Şənbə , Dekabr 28 2024
azfa

Molla rejimi şəhid Aylar Həqqinin qirx mərasimində çox sayda azərbaycanlını həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizin Vadi Rəhmət qəbiristanlığında şəhid Aylar Həqqinin qırx mərasimi keçirilib. Onun qəbr üstə gələn onlarla azərbaycanlı rejimin məmurları tərəfindən həbs edilərək, naməlum yerə aparılıb.

Mərasimdə həbs olunan şəxslərdən biri İbrahim Mohacirdir. Həmçinin şahidlərin sözlərinə görə, Aylar Həqqinin valideynləri də həbs ediliblər. 

Polis, SEPAH və təhlükəsizlik məmurlarının həbs edərək naməlum yerə apardığı şəxslər arasında hələlik milli-mədəni fəal İbrahim Mühacirin kimliyini müəyyənləşdirmək mümkün olub.

Yerli sosial media fəalları və insan haqları müdafiəçilərinin verdiyi məlumata görə, Aylar Həqqinin atası və anası da qəbristanlıqdan geri qayıtdıqları zaman saxanılaraq naməlum yerə aparılıblar.

Aylar Həqqinin atası qırx mərasimi zamanı qızının məzarı başında çıxış edərək hakimiyyəti tənqid edib.

Qeyd edək ki, noyabrın 16-ı axşam saatlarında Təbrizdə keirilən etiraz aksiyası zamanı Tibb Elmləri Universitetinin öyrəncisi Aylar Həqqi rejimin məmurları tərəfindən öldürülmüşdü.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …