Çərşənbə , May 6 2026
azfa

Molla rejimi Suriyada qüvvələrini İsraillə sərhədə toplayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran qüvvələrini Suriyanın qərbinə, İsrail sərhədləri yaxınlığına yerləşdirib. Bu barədə İsrailin “12-ci kanal”ı görüntü yayıb.

Bildirilib ki, İran qüvvələri Suriyada mövqelərini fotoda göründüyü kimi dəyişdirib.

Bundan əlavə, İran qüvvələrinin Qolan təpələrinə yaxın ərazilərdə hərəkəti müşahidə olunub.

Digər tərəfdən də Tehrandan bütün sərnişin uçuşlarının təxirə salındığı bildirilir.

Ötən gecə Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanından bütün uçuşlar təxirə salınıb.

Bununla bağlı, “Açıq Mənbə Kəşfiyyat Monitoru” “X” hesabında paylaşım edib. Məlumata görə, uçuşların bu gün günortaya qədər həyata keçiriləcəyi ehtimal edilir.

Qeyd edək ki, bu cür uçuş gecikmələri və ləğvlər bölgədəki hava limanlarında son bir neçə gündür ki, davam edir.

Yaxın Şərqdə artan gərginlik, İran və onun terrorçu qüvvələrinin İsrailə hücum ehtimalı buna səbəb olub.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …