Bazar , Noyabr 27 2022
azfa

Molla rejimi Təbrizdə etirazlar zamanı azərbaycanlı yeniyetməni yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Təbrizdə Mirək Konservatoriyasının öyrəncisi Atilla Ərfəi Təbriz şəhərində keçirilən etiraz aksiyaları zamanı yaxalayıb.

17 yaşlı Atilla artıq 9-cu gündür ki, rejimin Basmənc bölgəsində yerləşən uşaq zindanında həbsdə saxlanılır.

Azərbaycanlı yeniyetmənin astma xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Güney Azərbaycan sosial şəbəkə istifadəçiləri İran dövlətinin bu cinayətinə etiraz edərək yazıblar: “Atilla Ərfəi məktəbdə olmalıdır, uşaq həbsxanasında deyil!”.

Qeyd edək ki, Uşaq Hüquqları Konvensiyasının müddəalarına görə, 18 yaşına çatmamış şəxslər uşaq sayılır.

Həmçinin yoxlayın

Türkiyə ilk pilotsuz qırıcı olan “Bayraktar Kızılelmanın” istehsalına başlayacağını açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdoğan Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelmanın” istehsalına …

Molla rejimi Məlikkəndi və Tehranda 7 nəfər azərbaycanlı fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Məlikkəndi və Tehranda 7 nəfər …