Bazar , Dekabr 29 2024
azfa

Molla rejimi təbiət günündə azərbaycanlıları Həsrət körpüsünə yaxın buraxmayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanda təbiət gününün keçirilməsi ilə bağlı əhali Güney Azərbaycanda Xudafərin köpüsünə axışaraq Azərbaycan Respublikasındakı soydaşları ilə həmrəylik nümayiş etdirməyə çalışıblar. Lakin molla rejimi Azərbaycanın güneyində minlərlə azərbaycanlının Həsrət (Xudafərin) körpüsün yanına turistik məqsədlərlə axınına mane olmağa çalışıb.

Görünür ki, molla rejimi güneylilərin həsrət çəkmələrini həzm edə bilmir.

Əhalinin Həsrət körpüsünə axınının qarşısını almaq üçün rejimin məmurları azərbaycanlıların Həsrət körpüsünün yanında toplaşmalarının qarşısını alıblar. Ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

https://www.youtube.com/shorts/36cXPE7s2v8

Həmçinin yoxlayın

İran hökuməti mollalarla birlikdə türklər əleyhinə fəaliyyətlərindən geri qalmır

GADTB: ISNA xəbər verib ki, bu gün İran hökuməti Ərdəbildə din xadimləri və məddahların iştirakı …

Molla rejimi azərbaycanlı körpəyə Turhan adına görə 5 aydır doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı körpəyə Turhan adına görə …