Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimi Təbrizdə 7 etirazçıya qarşı ağır ittiham irəli sürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminə qarşı etirazlarda yaxallanmış 7 nəfər Təbrizdə mühakimə edilib.

Rejimin etirazçıları “Allah qarşı müharibə” ittihamı ilə mühakimə edib. “Allah qarşı müharibə” ittihamı İranın cinayət məcəlləsinə əsasən hökumətə və molla rejiminə qarşı aqressiv mübarizəyə qalxma anlamındadır və adətən belə ittihamlarla rejimi günahsız etirazçıları asır.

Həmin 7 nəfərə qarşı elan olunmuş bu ittihamı onların edam olunması və ya uzun müddətli həbslə nəticələnə bilər.

İttiham edilən həmin 7 nəfər Pejman İslami 31, Bağır Taci Əhmədi Fərd 35, Mehdi (Safa) Fədayi 41, Əlirza Şirdel 33, Əmir Əhmədian 21, Ənuş Adəmi 34 və Ümid Abulla Beygi 35 yaşındadır.

Qeyd edək ki, həmin 7 nəfər ötən il İran rejiminə qarşı başlanmış etirazlarda iştirak edib,  22 sentyabr-14 noyabr aralığında yaxalanıblar.

İlkin istintaq bitdikdən sonra ETTELAT təcridxanasından rejimin Təbrizdə yerləşən zindanına köçürülmüşlər.

Müttəhimlərə vəkillə təmin imkanı verilmədən ötən il Təbrizdəki etirazlarda “ümumi əmlakın yandırılması”, “rəhbərə xəyanət” və “etirazlara başçılıq” ittihamı ilə məhkum olunublar.

Onlara qarşı həmçinin “əlbir olub toplaşma, ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə “Çahar Rah Şəhnaz” vatsap qurupunda üzvlük, ümumi intizamı pozma, Əli Xameneyiyə və Ruhulla Xomeyniyə xəyanət” ittihamları da elan olunub.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …