Cümə , Aprel 26 2024
azfa

19 May – Türkiyədə Atatürkü Anma, Gənclər və İdman Günüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 19 May – Türkiyədə Atatürkü Anma, Gənclər və İdman Günüdür

Türkiyədə qurtuluş mübarizəsi Atatürkün 100 il əvvəl Samsun şəhərinə gəlməsi ilə başladı.

Birinci Dünya müharibəsindən sonra vəziyyəti gərginləşən Türkiyə çıxış yolları axtarırdı. Mustafa Kamalın siyasi arenaya gəlməsi ilə qurtuluş üçün cığır açıldı. 1919-cu il mayın 19-da Atatürk Bandırma bərəsi ilə Samsuna endi. Həmin gündən müttəfiqlərin işğalına qarşı Türkiyənin Qurtuluş Savaşı başladı. Beləliklə, mayın 16-dan başlayan 19-unda varılan İstanbul-Samsun səfəri qurtuluş üçün atılan ilk addımın simvolu kimi qəbul olunur.

Atatürk İstanbuldan Samsuna hərbi geyimdə səfər etdi. Ancaq Samsuna çatdıqdan bir neçə gün sonra mülki formaya keçdi.

Mustafa Kamal Samsuna çatanda gördüyü mənzərə dəhşətli idi. Şəhərdə İngiltərə ordusunun özbaşınalığı hökm sürürdü və xalq özünü müdafiə edə bilməyəcək vəziyyətdə idi.

Atatürkün bu səfəri milli mübarizənin başlanğıcı oldu və o, bu günü gənclərə ithaf etdi, xalqı irəli aparanların və köhnəlmiş fikirlərə qarşı çıxanların gənclər olduğunu vurğuladı və dedi: “Yeni fikirli gənc olmaq doğrunu görmək və həqiqəti anlamaq deməkdir. Milli mübarizəni sağlam başlamaq və davam etmək üçün gənclərin rolu mühümdür.”

19 May – Atatürkü Anma, Gənclər və İdman Günü hər il Türkiyədə böyük təntənə ilə qeyd edilir.

Bu bayramın adı indiyə qədər üç dəfə dəyişilib. 1935-ci ildə tarixə Atatürk Günü kimi tarixə düşsə də, 1938-ci ildə Atatürk bu bayramı Türkiyə gənclərinə hədiyyə etdi və onun fərmanı ilə bu gün Gənclik və İdman Bayramı adlandı. 1981-ci ildən isə 19 May – Atatürkü Anma, İdman və Gənclik Bayramı olaraq qeyd edilir.

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …