Bazar , Oktyabr 25 2026
azfa

Molla rejimi Təbrizdə azərbaycanlı xanımı üç il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə azərbaycanlı xanımı üç il həbsə məhkum etdi.

“ADAP” Azərbaycan Siyasi Məhbusları Müdafiə Dərnəyi xəbər verir ki, Təbrizdə azərbaycanlı xanım Məhdiyə Seyid Furuği 3 il müddətinə həbsə məhkum edilib.

Hələlik azərbaycanlı xanıma qarşı irəli sürülən ittihamlarla bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, İran hökuməti Məhdiyənin həbsdə olması xəbərinin yayılmasının qarşısını almaq üçün ailəsinə ciddi basqılar edib. O, vəkil tutmaq hüququndan məhrum olunub və işgəncə altında verdiyi etiraflar əsasında həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal Salar Tahir Əfşarın ikinci doğum günü həbsdə – Mübariz fəalın ailəsindən duyğusal məktub

GADTB: Azərbaycanlı milli fəal Salar Tahir Əfşar ikinci ildir ki, doğum gününü Evin həbsxanasında keçirir. …

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …