Bazar ertəsi , Noyabr 16 2026
azfa

Molla rejimi Təbrizin tarixi Şah gölü parkını dağıdır

GADTB: Təbrizin şərqində yerləşən məşhur tarixi Şah gölü (El gölü) parkında polis bölməsinin tikintisinə qərar verilib. Bu haqda yerli media məlumat yayıb.

Təbriz Şəhər Şurası bu gün keçirdiyi iclasda məsələni təsdiq edib və bağ ərazisinin 1000 kvadrat metrinin polis bölməsinin inşası üçün ayrıldığını bildirib.

Qeyd edək ki, 2024-cü ildə də oxşar hadisə Təbrizin mərkəzində yerləşən tarixi Gülüstan bağında da baş vermişdi. Orada da polis bölməsinin tikintisi üçün parkın 1000 kvadrat metr ərazisindəki ağaclar kəsilib, yaşıllıq zolağı məhv edilib.

Həmçinin yoxlayın

Təbrizdə “Aşıqlar gecəsi” mərasimi: Aşıq sənətinin 40 tanınmış veteran sənətkarı təltif olunacaq

GADTB: Şərqi Azərbaycan Aşıqlar Mədəniyyət və İncəsənət Dərnəyi vilayətin Mədəniyyət və İslami İrşad Baş İdarəsi …

Azərbaycanın Traxtur komandası Asiyanın ən çox azarkeş toplayan ikinci komandası oldu

GADTB: Asiya Futbol Konfederasiyasının açıqlamasına görə, Azərbaycanın Traxtur komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Vəhdə komandası …