Bazar , Avqust 30 2026
azfa

Azərbaycan Prezidenti: “Zəngəzur dəhlizi tezliklə açıla bilər”

GADTB: Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib. O, layihənin böyük potensiala malik olduğunu bildirərək, dəhlizin 2028-ci ilin sonuna qədər açılmasının mümkün olduğunu deyib.

Prezident qeyd edib ki, gələn ilin ortalarına qədər Azərbaycanın öz ərazisində bütün avtomobil və dəmir yolu bağlantıları tamamlanacaq. “Ümid edirik ki, digər ölkələrin ərazisində də proses sürətlə irəliləyəcək və bu halda Zəngəzur dəhlizinin işə düşməsi reallaşa bilər”, – deyə, Əliyev vurğulayıb.

İlham Əliyev, Azərbaycanın Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib. O, qeyd edib ki, ilk tranzit yük – Qazaxıstan taxılı – artıq Ermənistana göndərilib.

Astanada qazaxıstanlı həmkarı ilə görüşdən sonra çıxış edən Əliyev bu addımı sülhün artıq yalnız sənədlərdə deyil, praktik müstəvidə də mövcudluğunun göstəricisi kimi dəyərləndirib.

Həmçinin yoxlayın

Dörd azərbaycanlı fəal Təbrizdə irqçi fars-molla rejiminin İnqilab Məhkəməsinə çağırılıb

GADTB: Sima Əlipur, Vəhid Əbhəri, Nima Radməniş və Salar Tahirəfşar adlı dörd azərbaycanlı fəala məhkəmə …

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …