GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi Tehran Universitetində talış separatçıları üçün konfrans təşkil edib.
İranın Beynəlxalq Ali Araşdırmalar Mərkəzi tərəfindən Tehran Universitetinin İranşünaslıq Mərkəzinin əməkdaşlığı ilə universitetdə “Bakı Respublikası”nda və xaricdə yaşayan talışların ictimai və mədəni vəziyyəti” adlı yığıncaq keçirilib.
Məlumata görə, konfransda özünü qondarma “Talış-Muğan Respublikasının başçısı” Əlikram Hümbətovun “davamçısı” adlandıran Boris Talışinski çıxış edib.
Qeyd edək ki, bir-biri ilə yaxın olan bu qruplaşmanın qalıqları və “Hüseyniyyun” kimi tanınan terror qruplaşması İran hökumətinin Azərbaycana qarşı alət kimi istifadə etdiyi qruplardır.
Bununla yanaşı, İran hakimiyyəti Güney Azərbaycanda separatçılığı dəstəkləyir. İranda qeyri-farslar minimum hüquqlara malikdirlər və hökumət zülm altında olan mədəni fəalları həbsə atır.