Bazar , Noyabr 27 2022
azfa

Molla rejimi Tehranda azərbaycanlı fəalı gecə yarısı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Meysəm Beheştini gecə saatlarında Tehranda həbs edib.

Molla rejiminin ETTELAAT qüvvələri Güney Azərbaycanın Muğan bölgəsindən olan və Tehranda yaşayan Meysəm Beheştinin evinə hücum ediblər. Onlar azərbaycanlı fəalı yaxalayaraq özləri ilə aparıblar.

Rejimin məmurları həmçinin fəalın evində axtarış aparıb və azərbaycanlı milli fəala məxsus şəxsi əşyaları müsadirə edərək özləri ilə aparıblar.

Azərbaycanın nədə ittiham olunduğu barədə heç bir məlumat verilməsə də, son dövlərdə kütləvi etirazlarla bağlı rejimin onu həbs etdiyi güman edilir.

Həmçinin yoxlayın

Türkiyə ilk pilotsuz qırıcı olan “Bayraktar Kızılelmanın” istehsalına başlayacağını açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdoğan Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelmanın” istehsalına …

Molla rejimi Məlikkəndi və Tehranda 7 nəfər azərbaycanlı fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Məlikkəndi və Tehranda 7 nəfər …