Çərşənbə , Mart 26 2025
azfa

Molla rejimi Urmiyada milyonluq etiraz mitinqi zamanı ən azı 22 nəfər azərbaycanlı fəalı həbs edib

GADTB: İrqçi fars-molla rejimi Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyada milyonluq etiraz mitinqi zamanı ən azı 22 nəfər azərbaycanlı fəalı həbs edib.

 Rejimin polis komandiri Urmiyada milyonluq etirazlar zamanı ən azı 22 nəfərin həbs edildiyini etiraf edib.

O, həbs olunanlara “vilayətdə Əmirəl-möminin Əli (ə) üçün möhtəşəm əzadarlıq mərasimi zamanı nifrət və etnik fitnə yaymaq” ittihamlarını açıqlayıb.

Molla rejimin polisinin məlumatına görə, Sərdar Rəhim Cahanbaxş bu xəbəri açıqlayaraq deyib: “Hər il Qərbi Azərbaycan əyalətinin müxtəlif şəhərlərində Mövlayi` Müttəqianın şəhadətinin ildönümü ilə bağlı matəm mərasimləri keçirilir, lakin bu il bəzi separatçı hərəkatlar və etnik nifrət yaymağa çalışdılar”.

Qeyd etmək lazımdır ki, irqçi fars-molla rejimi Azərbaycan torpaqlarına ərazi iddiası məqsədi ilə kürd mühacir terrorçuları həvəsləndirib və onlara icazə verməklə müxtəlif bölgələrindən olan terrorçu və mühacir kürdlərin Urmiyanda toplanmasına və təxribat törətmələrinə səbəb oldu. Eyni zamanda rejim Azərbaycan Türk Millətinin kürd terrorizminə qarşı sülhsevər aksiyasına da  qərəzli yanaşıb və azərbaycanlı fəalları həbs edib.

Həmçinin yoxlayın

Avropa Birliyi İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas …

Molla rejimi zorla azərbaycanlı körpə “Sevda”ya “Sudi” adın doğum haqqında şəhadətnamə veriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Zəngandakı Vətəndaş Vəziyyıtlərinin Qeydiyyatı İdarəsinin …