Şənbə , İyul 27 2024
azfa

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada son bir neçə gündə “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” və “ictimai düşüncəni çaşdırmaq” ittihamları ilə onlarla sosial media və mədəni fəalı İnqilab Məhkəməsinə çağırıb.

Məlumata görə, bu ilin mart-aprel aylarında Qərbi Azərbaycan əyalətində rejimin Baş Ədliyyə İdarəsinin rəisi Nasir Ütəbati sosial mediada cinayətlərin baş verməsinin qarşısını almaq və istənilən növ cinayət fəaliyyətinə dərhal baxılması bəhanəsi ilə kiberməkan üçün çevik reaksiya və müşahidə bölməsi adlandırdığı qurumun yaradıldığını bildirmişdi.

Bildirilib ki, onun göstərişi ilə Azərbaycan dilində paylaşımlar edən bəzi media hesabları bağlanıb və onların adminlərinə qarşı İnqilab Məhkəməsində iş açılıb.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …