Bazar , Oktyabr 25 2026
azfa

Molla rejimi Xoy şəhərində daha bir neçə azərbaycanlı fəalı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Xoy şəhərində daha bir neçə azərbaycanlı fəalı həbs edib.

Noyabrın 19-da Güney Azərbaycanın Xoy şəhərində həbs edilənlərdən bir neçəsinin kimliyi məlum olub.

Azərbaycanlı milli fəallar Cavad Əhmədi Yekanlı, Əli İsmayıllu, Cəlil İslami, Əfşar Əmuyi, Hüseyn Zare, Mətin Hacılari, Məhəmməd Babayi və Əli Tağızadə irqçi fars-molla rejiminin məmurları tərəfindən yaxalanıblar.

Azərbaycanlı fəalların hara aparıldığı və harada saxlanıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, Xoy şəhərində etirazların keçirilməsi ilə molla rejimi çox sayda azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …