Cümə , Yanvar 3 2025
azfa

Molla rejimin Ali Məhkəməsi Əkbər Nəiminin vəsatətini təmin etmədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Ali Məhkəmədə azərbaycanlı milli fəalı Əkbər Nəiminin məhkəmə prosesinin bərpası tələbi rədd edib.

Bununla bağlı qərarı Qasim Mezinani və onun müavini Seyid Məcid Hüseyni Nikin rəhbərlik etdiyi rejimin Ali Məhkəməsinin 9-cu şöbəsi çıxarıb.

Qeyd edək ki, bundan öncə İran Ali Məhkəməsi bu vəsatəti qəbul edərək işi yenidən baxılmaq üçün həmin şöbəyə göndərmişdi.

Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində yaxalanaraq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin zindanından zaminə buraxılmışdı.

Əkbər Nəimi şərlənərək, “Qanunsuz qrupa üzv olmaq”, “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “Rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

İrqçi fars rejim Əkbər Nəimini sadəcə Azərbaycan uğrunda mədəni fəaliyyətlərinə görə 9 il 8 ay həbs cəzasına məhkum etmişdi. Qərar rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın Evin zindanında həbs cəzasını çəkməkdə idi.

Əkbər Nəimi həmçinin 2 il müddətinə xaric çıxması, eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına da qadağa qoyulmuşdu.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə rejimin məmurları tərəfindən həbs edilərək Tehranın Evin zindanına köçürülmüşdü.

İranın Ali Məhkəmənin 9-cu bölməsi Seyid Məhəmmədrza Fəqihi və Zəhra Minuinin müdafiə etdiyi Əkbər Nəiminin məhkəmə işinə baxılmışdır.

Məhkəmə azərbaycanlı fəala qarşı “Qanunsuz təşkilata üzv olmaq” və “Ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları ilə çıxarılan qərarı ləğv etmişdir.

Ali məhkəmə azərbaycanlı fəal barədə qeyd olunan ittihamlarla açılan cinayət işinə yenidən baxılması üçün onun dosyesini Tehranın Apellyasiya Məhkəməsinə göndərmişdi. Lakin burada da azərbaycanlı fəalın həbs cəzası olduğu kimi saxlanılmışdı.

Nəimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən “Evrin” və “Yarpaq” adlı qurumların təsisçisi və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan “Günəbaxan” dərnəyinin qurucularından biri olub.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …