GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Şəhruz Süleymanianı həbs cəzasına məhkum edib.
Molla rejimin Parsabad şəhərindəki Cinayət Məhkəməsi bu barədə qərar çıxarıb.
Güney Azərbaycanın Parsabad şəhərində yaşayan azərbaycanlı milli fəal rejimin Cinayət Məhkəməsinin ikinci şöbəsi tərəfindən 3 ay həbs cəzasına məhkum edilib.
Azərbaycanlı fəala qarşı “İctimai rəyi təhrik edərək asayişi pozmaq” ittihamı irəli sürülüb.
Qeyd edək ki, Şəhruz Süleymanian bundan öncə də mədəni fəaliyyətlərinə görə, yaxalanaraq, təzyiqlərə məruz qalıb.