Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin azərbaycanlı fəallara qarşı təzyiq və təhdidləri davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəallara qarşı təzyiq və təhdidləri davam edir.

Azərbaycanlı milli fəallar Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında davamlı işgəncə və təhdidlərlə qarşılaşır.

Azərbaycanlı milli fəallardan Araz İbrahimnejadın fiziki və psixoloji işgəncələr nəticəsində iki dəfə infarkt keçirdiyi, Yürüş Mehrəlinin də ciddi işgəncələrə məruz qaldığı qeyd edilir.

Eyni zamanda azərbaycanlı fəallar Əmir Hüseyn Qadirinin atası onun çoxsaylı fiziki işgəncələrə məruz qaldığını, digər məhbuslardan Davud Şiri, Əli Babayi, Məhəmmədrza Müvəhhid və Cavad Sudbərin saxta ittihamları etiraf etmək üçün çoxsaylı təhdid və işgəncələrə məruz qaldığını bildirib.

Qeyd edək ki, azərbaycanlı milli fəalların ETTELAAT tərəfindən həbs edilməsindən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, onlara hələ də ailələri ilə əlaqə saxlamağa icazə verilmir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …