Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimin dron hücumu nəticəsində Küveytdə hökumət binası və mülki obyektlərə ziyan dəyib

GADTB: Küveyt İranın dron hücumu nəticəsində ölkənin şimalındakı hökumət binasına və Bubiyan adasında yerləşən mülki obyektlərə ziyan dəydiyini açıqlayıb.

Bu barədə Küveyt Silahlı Qüvvələri və ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Küveyt hava hücumundan müdafiə qüvvələri ölkə ərazisinə daxil olan düşmən dronlarını aşkar edərək məhv edib. Bununla belə, qəlpələrin düşməsi nəticəsində ölkənin şimalındakı hökumət binasına, həmçinin Bubiyan adasında fəaliyyət göstərən şirkətlərdən birinə məxsus mülki avtomobillərə maddi ziyan dəyib.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Küveyt Xarici İşlər Nazirliyi bəyanatında insidenti ölkənin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

“Bu, Küveyt Dövlətinin suverenliyinin açıq şəkildə pozulması, onun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid, habelə beynəlxalq hüququn normalarının, BMT Nizamnaməsinin, mehriban qonşuluq prinsiplərinin və BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin ciddi şəkildə pozulmasıdır”, – deyə bəyanatda vurğulanıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …