Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Molla rejimin Evində həbsdə saxladığı azərbaycanlı fəal Araz Aman millətə çağırış etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Evində həbsdə saxladığı azərbaycanlı fəal Araz Aman millətə çağırış edib.

Azərbaycanlı fəal Araz Aman səs yazısı yaymaqla Azərbaycan Türk Millətinə çağırış edib.

Fəalın qardaşı özünün sosial media hesabında paylaşım edərək qardaşının mənəvi işgəncələrlə yanaşı fiziki ingəncələrə də məruz qaldığını və iki dişinin sındığını bildirib.

Azərbaycanlı fəal bu taxınlarda isə Evin zindanında ola-ola digər azərbaycanlı fəalla birlikdə mühakimə edilib və ağır həbs cəzalarına məhkum ediliblər.

Qeyd edək ki, hakim Əbülqasım Salavatinin sədrliyi ilə keçirilən 15-ci məhkəmədə çıxarılan hökmə əsasən, Araz Aman Zeynabad, Baqer Hacızadə və Ayaz Seifkhah Kalankeş hər biri on üç il, Hüseyn Piri 5 il, Kamal Nuri 3 il həbs, 2 ili şərti, Salar Tahir Afşar 5 il,  Said Minayi 5 il, Süleyman Məhəmmədi 3 il, Tahir Nəqəvi, Mürtəza Pərvin 6 il, Vədud Əsədi 9 il 6 ay  müddətinə azadlıqdan məhrum edilib.

Səs yazısı:

https://t.me/GADTB1/38225

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …