Şənbə , İyul 27 2024
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı milli fəal Ehsan Nəsrullahi girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Azərbaycanlı milli fəal dekabrın 31-də təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq, Xoyda rejimin zindanına köçürülüb. Lakin fəalın həbs xəbəri gec ictimailəşdirilib.

Ehsan Nəsrulahı bundan öncə 7 oktyabrda “etiraz aksiyalarına çağırış” ittihamına görə həbs edilmiş və iki gün sonra 100 milyon tümən girov qarşılığında zaminə buraxılmışdır.

Bir müddət sonra 17 noyabrda yenidən saxlanılan milli fəal bu dəfə 500 milyon tümən girov qarşılığında 30 noyabrda zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …