Şənbə , Fevral 8 2025
azfa

Molla rejimin həbsə məhkum etdiyi azərbaycanlı vəkilə azadlıq tələb edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal Güney Azərbaycanın Ərdəbil şəhərində molla rejimin həbs etdiyi azərbaycanlı vəkil azadlıq tələb ediblər.

Azərbaycanlı fəalar bu məqsədlə Evin zindanında həbsdə saxlanılan Güney Azərbaycandan olan vəkil Seyid Məhəmmədrza Fəqihinin şəkilləri olan posterlər çap edərək ictimai yerlərə yapışdırıblar.

Onlar haqsız yerə həbsə məhkum edilən vəkilə dəstək olub, ona azadlıq tələb ediblər.

Qeyd edək ki, azərbaycanlı vəkil bir müddət öncə saxlanılaraq 5 illik həbs cəzasını çəkmək üçün bədnam Evin zindanına yerləşdirilib.

Əslən Ərdəbil əyalətinin Hir şəhərindən olan və Tehranda məskunlaşan Məhəmmədrza Fəqihi Mərkəzi Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının və Tehrandakı Məhbusların Müdafiə Cəmiyyətinin idarə heyətinin üzvü olub. O bir çox azərbaycanlı vətəndaş və siyasi fəalı vəkil olaraq təmsil edib və Mərkəzi Vəkillər Kollegiyasında casusluq işlərində müttəhimlərin müdafiəsinə cavabdeh olan azsaylı vəkillərdən biri olub.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı iki əsas vasitə – Ermənistana dəstək və proksi müharibədən istifadə edib”

GADTB: “Atlantic Council” saytında “ABŞ #Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən necə faydalana bilər” başlığı ilə dərc olunan …

Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir

GADTB: Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir. Azərbaycan Müdafiə Nazirliyinin məlumata görə, Azərbaycan …