Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal Mürtəza Pərvin müalicədən məhrumdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Mürtəza Pərvin müalicədən məhrum edilib.

Uzun müddətdir ki, xroniki bel diskin ağrılarından əziyyət çəkən Mürtəza Pərvin Evin zindanında ağır şəraitdə saxlanılmağa davam edir.

Yaxınlarının verdiyi məlumata görə Mürtəza Pərvinin ağrılarını azaltmaq üçün ona həbsxana məsulları tərəfindən ağrıkəsicilər də vaxtlı vaxtında verilmir. Bu məsələ Mürtəza Pərvinin onurğa sütununda ağrıların artmasına, oynaq ağrılarının kəskinləşməsinə səbəb olub.

Zindan rəhbərliyi Mürtəza Pərvinə ailəsi tərəfindən də dərmanların göndərilməsinin qarşısını alır. Ümumiyyətlə molla rejimi azərbaycanlı fəalın müalicəsinə mane olub və onu müalicədən məhrum edibdir.

Qeyd edək ki, Mürtəza Pərvin Tehran İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən “daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və qabaqcadan əlbir olmaq” və “İran İslam Respublikası əleyhinə təbliğat” ittihamları ilə 6 il müddətinə həbs və ictimai cəzalara məhkum edilib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …