Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəalın zaminə buraxılması üçün problem yaranıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Tehranın Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəal Vədud Əsədinin ailəsi onun zaminə buraxılması üçün zəmanət kimi mülk sənədi qoyulmasının tələb olunduğunu bildiriblər.

Məlumata əsasən zindan müdiriyəti və məhkəmə rəsmiləri Əsədinin zaminə buraxılması üçün mülk sənədi qoyuluşunun mümkün olduğunu deyiblər.

Tələb olunan sənədin dəyirinin yüksək təyin edildiyindən indiyədk onu təmin etmək mümkün olmayıb.

Fəalın ailəsi bu səbəbdən qohumlara, onun dostlarına və digər azərbaycanlı fəallara müraciət edərək onlara bu barədə yardımçı olmalarını xahiş ediblər.

Qeyd edək ki, Güney Azərbaycan haqları üzrə mədəni fəal mühəndis Vədud Əsədi Rəşt şəhərinin sakinidir.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …