GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəallara xaricdə yaşayan fəallar da dəstək verib.
Artıq “Milli fəalların səsinə səs verək!” kampaniyası genişlənir. Niderlandın bir sıra tələbələri ilə yanaşı, digər fəalların qoşulması ilə “Milli fəalların səsinə səs verək!” kampaniyası beynəlxalq müstəviyə keçir.
Həmin ölkənin bir sıra vətəndaşları və aktivistləri Güney Azəbaycanın məhbəsdə olan milli aktivistlərini dəstəkləmək məqsədi ilə video paylaşıblar.
O cümlədən, xanım Germa Knapper azərbaycanlı məhbuslardan bir sırasının adlarını çəkərək onlara azadlıq tələb ediblər.
Həmçinin ölkənin digər vətəndaşları Albert, Mayna Yapnexa və Anamika Fander ingilis və niderland dillərində video paylaşmaqla digər azərbaycanlı məhbusların, o cümlədən, Yürüş Mehrəlibəylinin sərbəst buraxılmasını istəyiblər.