Cümə , Yanvar 3 2025
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Məhəmmədrza Amani zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı mili-mədəni fəal Məhəmmədrza (Araz) Amani bu gün iyunun 10-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz həbsxanasından zaminə buraxılıb.

Hələ də azərbaycanlı fəalın nədə ittiham olunduğu barədə dəqiq açıqlama verilməyib.

Qeyd edək ki, Məhəmmədrza Amani (Araz) mayın 21-də təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.

Böyük ehtimalla Məhəmmədrza Amani və son günlər yaxalanan başqa azərbaycanlı milli fəallar 22 may qiyamının ildönümündə aksiyaların keçirilməsinin qarşısını almaq məqsədi ilə yaxalanıblar.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …