GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin bu yaxınlarda həbs edərək, Tehrandakı Evin zindanının 209-cu bölməsinə köçürdüyü azərbaycanlı milli fəallardan Aydın (Süleyman) Məhəmmədi və Səid Dustan girov qarşılığında istintaq prosesi başa çatana qədər sərbəst buraxılıblar.
Məlumata görə, fevralın 29-da Səid Dustan 300 milyon tümən, martın 3-də isə Aydın Məhəmmədi 800 milyon tümən girov qarşılığında azad ediliblər.
Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanın bir sıra şəhərlərində çox sayda azərbaycanlı fəalı yaxalayıb.