GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Təbriz zindanında həbsdə saxladığı Tələbə Hərəkatı fəalı Armita Pavir köçürüldüyü təkadamlıq kamerada həbsxananın təhlükəsizlik işçilərinin hücumuna məruz qalıb.
Bununla bağlı, azərbaycanlı öyrəncinin vəkili Qasım Bodi xəbər verib.
Bodinin sözlərinə görə, hücum nəticəsində Armita Pavir baş və boyun hissələrindən zərbə alıb.
Qeyd edək ki, Armita Pavir sonuncu dəfə 2023-cü il sentyabrın 21-də tutulub, o, “rəhbəri (Xameneyini) təhqir etmək” və “dövlət quruluşuna qarşı təbliğat aparmaq” və “Şərqi Azərbaycan Şəhid Mədəni Universiteti öyrəncilərinin etiraz aksiyasında iştirak etmək” ittihamına görə 22 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib.