GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı təqaüdçü müəllimə və İran Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvü Zeynəb Həmrəng dünən axşam həbs müddətini bitirdikdən sonra sərbəst buraxılıb.
Məlumata görə, Zeynəb Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilib. 2022-ci ilin oktyabrında şərti azadlığa buraxılan güneyli müəllimə ötən il martın 12-də yenidən saxlanılıb. O, “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq”da günahlandırıb.
Qeyd edək ki, Tehranda yaşayan Zeynəb Həmrəng güney Azərbaycanın Muğan bölgəsindəndir.