Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Molla rejimin  həbs etdiyi azərbaycanlı xanım Roşənək Mövlayinin vəziyyətindən hələ də bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda etirazlar zamanı molla rejimin qüvvələri tərəfindən qaçırılaraq Vəramin şəhərindəki Qərçəq zindanına aparılan təbrizli fəal və məcburi hicaba etiraz edənlərdən biri olan 23 yaşlı Roşənək Mövlayi barədə hələ də xəbər yoxdur.

Azərbaycanlı gənc etirazçı xanım motosikletli hökumət məmurunun zorakılığına qarşı çıxdığına dair videonu sosial media hesabında paylaşdıqdan sonra saxlanılıb.

Bundan öncə isə o, “İranda qadın olmaq” adlı video paylaşıb. Onun videosu reaksiyalara səbəb olub və qısa müddət sonra media hesabı silinib. Qeyd olunub ki, Roşənək Mövlayi dəfələrlə məcburi hicaba etiraz etdiyi üçün təhlükəsizlik orqanlarına çağırılaraq dindirilib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …