Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin İranda yaşayan yəhudilərə təzyiqi artdı

GADTB: İran parlamentinin yəhudi millət vəkili Həmayun Sameyəh Nəcəfabadi ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinə çağırılıb. Bununla bağlı, o, yaydığı açıq məktubda məlumat verib.

Deputat bildirib ki, ETTELAAT Nazirliyinin əməkdaşları ilə görüşlər İranda yaşayan yəhudilərin İsrailin farsdilli kanallarında paylaşımlara şərh yazması və bəyənməsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində baş verib.

Bu görüşlər yəhudi vətəndaşların sosial media davranışı ilə bağlı “təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması” məqsədi daşıyıb.

Nəcəfabadi yəhudi icmasının üzvlərini İsrailə məxsus və ya onunla əlaqəli media kanallarını izləməkdən, abunə olmaqdan və onlarla ünsiyyətdən çəkinməyə çağırıb. O, xəbərdarlıq edib ki, bu fəaliyyətlər davam edərsə, həmin şəxslərə qarşı hüquqi proseslər başlaya və işlərin araşdırılması prosesini “daha da çətinləşdirə” bilər. /Azad İran

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …