GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin keçmiş rəsmisi azərbaycanlı xanıma qarşı İŞİD sayağı təhdidə çağırış edib.
İranın daxili işlər nazirinin keçmiş müavini vəzivəsində çalışmış Əbdürrza Davəri Təbrizdə yumurta fiqurlarının üzərinə boya ilə qədim türk simvolları çəkən azərbaycanlı qızın boğazına qaynar qurğuşun tökməyə çağırıb.
Hazırda jurnalist fəaliyyəti ilə məşğul olan radikal düşüncəli Davəri İran prezidenti, daxili işlər naziri və irşad nazirini azərbaycanlı rəssam qıza qarşı tədbir görməyə səsləyib.