Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimin məmurları azərbaycanlı fəal Əlirza Fərşinin ata evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT qüvvələri azərbaycanlı fəal Əlirza Fərşinin ata evinə basqın edib

Əlirza Fərşi öz sosial media hesabında paylaşım edərək bu barədə yazıb:

“Bu gün təhlükəsizlik qüvvələri 80 yaşlı anamın evinə basqın edərək bütün evdə axtarış apardılar.”

Qeyd edək ki, bir il əvvəl Əlirza Fərşiyə qarşı Baharistan şəhərində “rejim əleyhinə təbliğat” ittihamı ilə iş açılıb. Onun sözlərinə görə, o, Seyid Cəfər Pişəvəri üçün “şəhid” adından istifadə etməkdə və məqalələrində “Urmu gölünün qurumasından” bəhs etdiyinə görə ittiham olunub.

Əlirza Fərşi bildirib ki, anasının evinə olan hücumdan sonra Mərənd prokurorluğu ilə əlaqə saxlayıb və izahat istəyib. Amma aidiyyatı məmurun sadəcə anlaşmazlıq olduğunu bildirib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …