Çərşənbə axşamı , Oktyabr 22 2024
azfa

Molla rejimin məmurları azərbaycanlı fəalı həbs edərək, girov qarşılığında zaminə buraxıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları azərbaycanlı fəalı həbs edərək, girov qarşılığında zaminə buraxıblar.

Azərbaycanlı fəal Cəfər Hacırzayi Sufian-Təbriz magistralında molla rejimin ETTELAAT Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib.

Azərbaycanlı fəalın ötən həftələrdə ETTELAAT qüvvələrinin Nadarlı kəndində azərbaycanlı fəalların evlərinə edilən basqınlar məsələsi çərçivəsində həbs edildiyi bildirilir.

Cəfər Hacırzayi bir neçə saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıb, ancaq bir neçə gün öncə yenidən məhkəməyə çağırılıb və 500 milyon tümən girov qarşılığnda azad edilib.

Qeyd edək ki, irqçi fars-molla rejimin məmurları bir müddət öncə Nadarlı kəndinə hücum edib, bir neçə azərbaycanlı fəalın evində axtarış aparın, onların şəxsi əşyaları, o cümlədən mobil telefonlarını müsadirə etmişlər.

Həmçinin yoxlayın

Azərbaycan müdafiə naziri Qırğızıstana rəsmi səfər edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız …

“SAHA EXPO” müdafiə və aerokosmik sənaye sərgisi İstanbulda açıldı

GADTB: Avropanın ən böyük  “SAHA EXPO” müdafiə və aerokosmik sənaye sərgisi İstanbulda açılıb. Türkiyə Prezident …