GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Traxtur və Tehranın Həvadar futbol komandalarının yarışı zamanı molla rejimin məmurları daha iki azərbaycanlı gənci həbs edib.
Daha iki azərbaycanlı fəal Siyamək Seyfi və Milad Zeynəlabidini həbs edilib. Bu barədə fəalın qardaşı Mənsur Seyfi İnstaqram səhifəsində məlumat paylaşıb.
Bundan öncə isə 3 azərbaycanlı fəal molla rejimin məmurları tərəfindən həbs edilmişdi.
Azərbaycanlı fəallar Səməd Heydəri, Əmin və Əmir Tağızadə martın 13-ü keçirilmiş futbol yarışmasından sonra Səhənd Stadiumundan yaxalanmışdılar.
Onların həbs səbəbləri və hansı idarəyə aparıldıqları barədə hələlik heç bir məlumat yoxdur.