GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Meşkinşəhrdəki mis mədənini talaması tarixi Ərşəq qalasının dağıdılmasına səbəb olur.
Ərdəbil vilayətinin Meşginşəhər bölgəsində yerləşən Ərşəq Cəbdərə mis mədənində ard-arda baş verən partlayışlar Cəbdərə, Təbnə, Hacılı, Ağdərə və ətraf kəndlərin bütün bağlarını ciddi təhlükə altında qoyub.
Meşginşəhr mis mədəni Ərşəq tarixi qalasında yerləşir.
Sözügedən mədən qızıl, gümüş və molibden kimi mislə əlaqəli elementlərin müəyyən edilməsi ilə Süngünn və Vərziğan mis mədənlərinin davamıdır.