GADTB: Güney Azərbaycanın Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır.
Bu haqda Azərşəhr şəhərinin başçısı Rza Rəhmətullahi məlumat verərək deyib: “Azərşəhr məktəblərinin yarıdan çoxunun köhnəlməsi xeyriyyəçilərin iştirakını və xüsusi maliyyənin ayrılmasını zəruri edir”.
O, Azərşəhrdə xeyriyyəçilər tərəfindən ayrılmış 150 milyard tümənlik maliyyə vəsaiti ilə 15 sinifli məktəb tikəcəyini bildirdi.