Şənbə , Aprel 18 2026
azfa

Molla rejimin qüvvələri azərbaycanlı milli fəal Fərzanə Daniyarın evinə basqın ediblər

GADTB: İrqçi fars-molla rejimin ETTELAAT İdarəsinin məmurlarından beş mülki geyimli şəxs bu gün səhər saatlarında Təbrizin milli fəal xanım Fərzanə Daniyarın evinə hücum ediblər.

Evə hücum zamanı rejimin qüvvələr axtarış apararaq fəalın mobil telefonunu və bir sıra şəxsi əşyalarını, o cümlədən kitablarını müsadirə ediblər.

Qeyd edək ki, Fərzanə Daniyar Güney Azərbaycan xalqının hüquqları ilə bağlı fəaliyyətinə görə dəfələrlə telefonla ETTELAAT qüvvələri tərəfindən hədələnib.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …