
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mollas rejimin terrorçu qruplarının ABŞ bazasına hücumdan sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları İranın Suriyada yerləşən hərbi bazalarına zərbələr endirib.
İranın terrorçu Sepah üzvlərindən onlarla ölən və yaralananın olduğu bildirilir.
Qeyd edək ki, Suriyanın şərqində yerləşən Deyrizor rayonunda İranın dəstəklədiyi terrorçu qruplaşmalar ABŞ qüvvələrinin nəzarətində olan Ömer petrol və Kuniko qaz sahələrinə raketlə hücum edib. ABŞ qüvvələri hücumlara top və raketlə cavab verib. Hücum zamanı ABŞ hərbçiləri arasında yaralananlar olub.