Şənbə , May 17 2025
azfa

Molla rejimin Urmiyada həbs etdoiyi milli fəal Huşəng Nağızadə zaminə buraxılıb

GADTB: İrqçi fars-molla rejimin məmurlarının mayın 7-də Urmiya şəhərində həbs etdiyi azərbaycanlı milli fəal Huşəng Nağızadə zaminə buraxılıb.

Azərbaycanlı fəal girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Urmiya həbsxanasından sərbəst buraxılıb.

Molla rejimi azərbaycanlı fəal Huşəng Nağızadəni şərləyərək onu “milli zəmində münaqişə yaratmaq” və “ictimai asayişi pozmaq”da günahlandırıb.

Qeyd edək ki, Huşəng Nağızadə 2006, 2013, 2018, 2020 və 2022-ci illərdə də dinc milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Tramp: “İranın nüvə problemini 100% həll edəcəyik”

GADTB: ABŞ prezidenti Donald Tramp dünən “Fox News” telekanalına müsahibəsində deyib ki, İranın nüvə problemi …

Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirdi- Video

GADTB: Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirib. Etiraz Zəncan əyalətinin …