Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimini həbs etdiyi Davud Kabalını zindana köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yaxaladığı Urmiyadan olan azərbaycanlı milli fəal Davud Kabalını oktyabrın 31-də rejimin Urmiyadaı zindanına köçürüb.

Fəalın yaxalanarkən bərk döyüldüyü və sol əlinin barmaqlarının sındırıldığı, belindən ciddi zədə aldığı bildirilir.

Qeyd edək ki, irqçi fars-molla rejimi oktyabrın 26-da həbs etdiyi azərbaycanlı milli fəal Davud Kabalını qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayırdı.

Azərbaycanlı fəalın ailəsi bildirmişdi ki, fəalın xəstə olduğu barədə həkimlərin yazılı rəyi olmasına baxmayaraq, o hazırda Urmiya Polisinin təhlükəsizlik bölməsində həbsdə saxlanılır və müalicəsinə də icazə verilmir.

Oktyabrın 26-da Urmiya şəhərinin Ustadan küçəsində etiraz aksiyasında rejimin məmurları tərəfindən həbs edilən azərbaycanlı milli fəal Davud Kabalı qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır və onun nədə ittiham olunduğu barədə məlumat verilmirdi.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …