Çərşənbə , Oktyabr 21 2026
azfa

Molla rejiminin Ərdəbildə öldürdüyü şagirdlərin ikisinin kimliyi məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Ərdəbildə öldürdüyü şagirdlərin ikisinin kimliyi məlum olub.

Oktyabrın 12-də Ərdəbil şəhərinin “Şahid” orta məktəbində hökumət məmurlarının öldürdüyü məktəblilərdən ikisinin kimliyi bəlli olub.

Onlar azərbaycanlı məktəbli qızlar Aytək Duzduzani və Əsra Pənahidir. Öldürülən daha bir şagirdin isə hələlik kimliyi məlum deyil.

Artıq Əsra Pənahi Xanqah adlı yeniyetmənin dəfn mərasimi oktyabrın 14-də keçirilib və o, Ərdəbilin Əliabad qəbristanlığında dənf edilib.

Qeyd edək ki, Ərdəbil molla rejimi məktəbliləri toplayaraq valideynlərin icazəsi olmadan hökuməti himayə məqsədilə mitinqə aparıblar. Azərbaycanlı şagirdlər isə “Rədd olsun diktatura” şüarı səsləndiriblər. Bu zaman rejimin məmurları vəhşicəsinə şagirdlərə hücum edib, bir neçə şagirdi öldürüb, çox sayda şagirdi yaralayıb və ya həbs ediblər.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …