GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin yaxaladığı Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı milli fəal Məhəmməd Hacılı Urmiya şəhərində rejimin ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.
Noyabrın 22-də molla rejiminin məmurları Hacılının evinə basqın edib, evdə axtarış aparıb və ona məxsus şəxsi əşyaları, o cümlədən kompüter və mobil telefonları özləri ilə aparıblar.
Hələlik azərbaycanlı fəalın vəziyyəti və ittihamları barədə heç bir məlumat verilmir.