Bazar , Dekabr 29 2024
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı idmançı və fəal Kərim Bokserin sağlıq durumu ağırlaşıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi8 tanınmış azərbaycanlı idmançı və fəal Kərim Bokserin sağlıq durumu ağırlaşıb. Fəalın ailəsi bununla bağlı məlumat yayıb.

Azərbaycanlı fəal rejimin ETTELAAT İdarəsində işgəncə və dərmanlarının verilməməsi səbəbindən sağlıq durumu ağırlaşıb.

Qeyd edək ki, azərbaycanlı fəal noyabr ayının əvvəllində molla rejiminin hücumu nəticəsində yaxalanıb. Fəal daha öncə yaxalananda ağır işgəncələrə məruz qaldığı üçün ürək və əsəb dərmanları istifadə edir.

Rejimin həbs etdiyi azərbaycanlı fəal telefon əlaqəsində dərmanlarının çatdırılmasını tələb etmişdi. Azərbaycanlı fəalın ailəsi onun sağlıq durumundan nigarandılar və onun qeydsiz-şərtsiz azad edilməsini istəyiblər.

Həmçinin yoxlayın

Güney Azərbaycanın müxtəlif şəhərlərində Qaşqay türklərinə dəstək şüarı yazılmış vərəqələr paylanılıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları eyni vaxtda Təbriz, Tehran, Urmu, Ərdəbil, Zənqan, Kərəc, Qəzvin, Ərak …

Molla rejimi hicab bəhanəsi ilə güllələdiyi Arzu Bədri iflic edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış iranlı jurnalist və qadın hüquqları müdafiəçisi Məsid …