GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, cinayətkar molla rejiminin intihara səbəb olduğu gənclər və yeniyetmələrin sayı durmadan artır.
Güney Azərbaycanın Xulfa şəhərindən olan azərbaycanlı yeniyetmə Ərşiya İmamqulizadəyə həbsdən buraxıldıqdan sonra intihar edib.
Azərbaycanlı yeniyetmənin ailəsi rejimin məmurları tərəfindən təzyiqlərə məruz qalıb ki, məsələni ictimailəşdirməsin.
İnsan Haqları təşkilatlarının açıqlamasına görə, Ərşiya İmamqulizadəyə zindanda təzyiq göstərildiyi, ona zorla naməlum həblər verildiyi üçün sarsıntı keçirərib və sonda intihar edib.
Qeyd edək ki, Ərşiya İmamqulizadə bir mollanın əmmaməsini başından götürdüyünə görə həbs edilərək 10 gün həbsdə işgəncələrə məruz qalıb və daha sonra girov qarşılığında zaminə buraxılıb. O bir çox tutulan gənclər və yeniyetmələr kimi həbsdən iki gün sonra intihar edib.