Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Molla rejiminin “İran” qəzeti terrorçuların tribununa çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökumətinin rəsmi xəbər orqanı olan “İran” qəzeti dünənki sayında “Hüseyniyun” terror qruplaşmasının üzvlərindən müsahibə alıb.

Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan qəzetin baş redaktoru Məhəmməd Mütləqin “Hüseynçilər” qruplaşmasının qondarma rəhbəri ilə apardığı bu müsahibədə sözügedən terror qruplaşmasının yaradılmasının yeni məqamları üzə çıxıb.

“Hüseiniyun” terror qruplaşmasının təsisçisi Tohid İbrahimbəyli qruplaşmanın yaranmasında SEPAH-ın Qüds qanadının öldürülmüş generalı Qasım Süleymaninin rolu haqqında deyir:

“Qasım Süleymani hesab edirdi ki, bir gün Suriyada müharibə bitəcək, lakin İsraillə “müqavimət oxu”nun fəaliyyəti Cənubi Qafqaza keçəcək. Bu səbəbdən o, strukturlardan yan keçərək “Hüseyniyun” qruplaşmasının nizamnaməsini imzaladı. Azərbaycan “müqavimət oxu”na daxil olan ölkələr sırasında deyildi və Hacı Qasımın işi bir növ dekonstruksiya hesab olunurdu”.

Müsahibədə iştirak edən bu terror qruplaşmasının digər üzvləri arasında Orxan Məmmədov, Musa Əsədzadə, Əkrəm Hacızadə də var.

Qeyd edək ki, müsahibə zamanı “Hüseyniyun” terror qruplaşmasının üzvləri 2018-ci ildə Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin qətlinə görə məsuliyyəti dolayısı ilə öz üzərlərinə götürürlər.

Həmçinin yoxlayın

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …