Bazar , Oktyabr 18 2026
azfa

Molla rejiminin məmurları Urmiyada azərbaycanlı bloger Zəhra Kərimini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurları Urmiyada azərbaycanlı bloger Zəhra Kərimini həbs edilib.

Azərbaycanlı bloger Zəhra Kəriminin təxminən bir ay öncə, ümumölkə etiraz aksiyalarının ilk günlərində həbs edilməsinə baxmayaraq, ailəsinə məsələnin ictimailəşdirilməməsi ilə bağlı göstərilən təzyiqlərə görə, onun yaxalanması xəbəri vaxtında yayılmayıb.

Zəhra Kəriminin həbsindən bir ay keçdikdən sonra onun ittihamları barədə məlumat verilməməsi, azadlığa buraxılacağı ilə bağlı verilən vədlərin yerinə yetirilməməsindən sonra fəalın yaxalanması xəbəri ailəsinə yaxın şəxslər tərəfindən ictimailəşdirilib.

Zəhra Kərimi yaxalanandan sonra onun İnstagram hesabı da bağlanılıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …