GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin qətlə yetirdiyi tibb öyrəncisi Aylar Həqqinin Təbrizin Vadi Rəhmət qəbiristanlığında qırx mərisimi keçirilib.
Aylar Həqqinin qəbri üstünə toplaşan Təbriz sakinləri “Xamenei qatildir, vilayəti batildir” şüarları səsləndiriblər.
Şəhid Aylar Həqqinin qırx mərasimi zamanı molla rejiminin vəhşi repressiv qüvvələri mərasimə hücum edib, iştirakçıları və Ayların ailə üzvlərini döyüblər. Təxminən 10 nəfər mərasim iştirakçısının rejimin qüvvələri tərəfindən yaxalandığı bildirilir.
Qeyd edək ki, 23 yaşlı Aylar Həqqi noyabrın 16-da Təbriz şəhərində molla rejiminə qarşı keçirilən dinc nümayişdə iştirak etdikdən sonra, həmin gün başının arxasından güllələnərək həyatını itirmişdir.