Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejiminin təzyiqi ilə Urmuda Savalan adlı parkın lövhəsi götürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin təzyiqi ilə Güney Azərbaycanın Urmiya şəhərində yerləşən “Bustani savalan” parkının lövhəsi sökülərək götürülüb.

Savalan adına lövhənin götürülməsi ETTELAAT-ın yerli bölməsinin Urmu bələdiyyəsinə tapışırığı əsasında həyata keçirilib.

Qeyd edək ki, 2022-ci ilin iyun ayında Urmu Şəhər Şurasında keçirilən toplantıda şəhərdə türkcə yer adlarının qoyulması və bərpasına etiraz edilib.

Şəhər Şurasının qeyri-türk mühacir üzvlərinin “Yaşıl bağ” parkının adının türkcə qoyulmasından narahatlıqlarını bildimələri Şəhər Şurasının komissiya üzvü Gülşən Novruzinin etirazına və şura üzvləri arasında mübahisəyə səbəb olmuşdur.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …