Şənbə , İyul 27 2024
azfa

Molla rejiminin Urmiyada həbs etdiyi Siyavuş Süleymanipur girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurlarının həbs etdikləri Urmiya şəhərində yaşayan tanınmış siyasi və media fəalı Siyavuş Süleymanipur girov qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəal bir milyard tümənlik vəsiqə girov qoymaqla məhkəməyə qədər zaminə buraxılıb.

Qeyd edək ki, İranın ETTELAAT İdarəsinin məmurları oktyabrın 1-də Urmiya şəhərində yaşayan tanınmış siyasi və media fəalı Siyavuş Süleymanipuru həbs etmişdilər.

Azərbaycan Mədəniyyət Ocağı Assosiasiyasının rəisi, “Çiçhest News” saytının sahibi olan mühəndis Süleymanipur bundan öncə də bir neçə dəfə  mədəni fəaliyyətinə görə rejimin ETTELAAT İdarəsinə çağırılaraq, təhdid və həbsə məruz qalmışdı.

Azərbaycanlı fəalın hələlik yaxalanma səbəbi və haraya aparıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …