Bazar , Oktyabr 18 2026
azfa

Molla rejmi azərbaycanlı xanım Pərisa Ciddiyə həbs cəzası verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Germi şəhərindən olan qadın hüquqları müdafiəçisi və ictimai fəal Pərisa Ciddini 3 ay həbs cəzasına məhkum edib.

Rejimin Germidə yerləşən Məhkəməsinin 1-ci şöbəsi Pərisa Ciddi haqda “Hökumətə qarşı təbliğat” ittihamı irəli sürərək, onu həbsə məhkum edib.

Qeyd edək ki, oktyabrın 19-da telefon vasitəsilə Pərisa Ciddi ilə əlaqə saxlanılıb və ondan bir sıra məsələlərlə bağlı izahat verməsi üçün İranın ETTELAAT İdarəsinə gəlməsi istənilib.

Azərbaycanlı fəal isə məhkəmə sənədi təqdim edilmədiyi üçün ETTELAAT İdarəsinə getməkdən imtina etmişdi.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …